Azərbaycan Premyer Liqasında son 11 mövsümün rekordu qeydə alındı

Azərbaycan Premyer Liqasında son 11 mövsümün rekordu qeydə alındı

Azərbaycan Premyer Liqasında son 11 mövsümün rekordu qeydə alınıb.

"Mediasport" xəbər verir ki, bu, cari mövsüm ərzində heç-heçələrin sayının 49-a çatması sayəsində mümkün olub.

Bərabərlik sayında 47 "sülh"ün yaşandığı 2015/16 mövsümündəki göstərici üstələnib.

Daha çox heç-heçəyə sonuncu dəfə 2013/14 mövsümündə təsadüf olunub. Həmin vaxt 50 görüşdə qalib müəyyənləşməyib.

Qeyd edək kİ, ötən gün başa çatan XXXIII turda üç bərabərlik olub.

“Şamaxı” - “Səbail” və “Araz-Naxçıvan” - “Sabah” oyunları 1:1, “Neftçi” - “Kəpəz” görüşü 2:2 hesabı ilə başa çatıb.