"Zirə" "Kəpəz"i məğlub edərək turnir cədvəlində 2-ciliyə yüksəldi

"Zirə" "Kəpəz"i məğlub edərək turnir cədvəlində 2-ciliyə yüksəldi

Azərbaycan Premyer Liqasında dünən təxirə salınan bir matçla 24-cü tura yekun vurulub.

"Mediasport" xəbər verir ki, "Zirə" doğma meydanda "Kəpəz"i məğlub edərək turnir cədvəlində 2-ci sıraya yüksəlib.

Eyni xala malik "Araz-Naxçıvan" 3-cü yerə düşüb.

Turun əvvəlki görüşlərində "Neftçi" "Sumqayıt"ı, "Turan Tovuz" "Şamaxı"nı məğlub edib (1:0), "Araz-Naxçıvan" "Səbail"lə (0:0), "Qarabağ" isə "Sabah"la bərabərə qalıb (1:1).


Azərbaycan Premyer Liqası. 24-cü tur


“Zirə” - "Kəpəz” 2:0

Qollar: Rafael Utziq, 61, Rüstəm əhmədzadə, 90+2.

Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Teymur Teymurov, Elçin Məsiyev

VAR: Cavid Cəlilov

AVAR: Kamran Bayramov

Zirə İdman Kompleksinin stadionu