Azərbaycan və Türkiyə şahmat federasiyaları əməkdaşlıq edəcək

Azərbaycan və Türkiyə şahmat federasiyaları arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
"Mediasport" xəbər verir ki, imza mərasimində AŞF-nin prezidenti Mahir Məmmədov, TŞF-nin prezidenti Fethi Apaydın, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç iştirak ediblər.
Anlaşmaya əsasən, qurumlar arasında qarşılıqlı təcrübə mübadiləsi həyata keçiriləcək.
Milli komandaların birgə hazırlıqlarda iştirakı, hakimlərin təlim-məşq toplanışları və s. nəzərdə tutulur.