Millilərimiz Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə başladılar

Millilərimiz Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə başladılar

Azərbaycanın kişi və qadın şahmatçılardan ibarət milli komandaları Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə başlayıblar.

"Mediasport" xəbər verir ki, qadınlardan ibarət yığma ilk turda Qvatemala seçməsinə qalib gəlib.

Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova rəqiblərini məğlub ediblər.

Kişilərdən ibarət milli komanda isə Mərakeş yığması ilə qarşılaşıb.

Azərbaycan təmsilçiləri bu görüşdə 4:0 hesablı qələbə qazanıblar. Aydın Süleymanlı, Məhəmməd Muradlı, Eltac Səfərli və Rauf Məmmədov partiyalarını qalibiyyətlə başa vurublar.

Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən və 11 turdan ibarət olan Ümumdünya Şahmat Olimpiadası sentyabrın 27-də başa çatacaq.

Olimpiadada 208 komandanın heyətində 1032 şahmatçı iştirak edir.