Rauf Məmmədov dünya çempionu ilə eyni turnirdə iştirak edəcək

 Rauf Məmmədov dünya çempionu ilə eyni turnirdə iştirak edəcək

Kişi şahmatçılardan ibarət Azərbaycan milli komandasının üzvü Rauf Məmmədov Almaniyada keçiriləcək “Grenke” şahmat festivalında iştirak edəcək.

"Mediasport" xəbər verir ki, turnir 2-6 aprel tarixlərində Karlsruedə təşkil olunacaq.

Nüfuzlu və ənənəvi beynəlxalq yarışa üçqat Avropa çempionumuzdan savayı, dünya çempionu, FİDE reytinqinin lideri Maqnus Karlsen də qatılacaq.