Azərbaycanı tərk edən braziliyalı Kambocada Superkubok qazandı

 Azərbaycanı tərk edən braziliyalı Kambocada Superkubok qazandı

Ötən ay "Zirə"ni tərk edən Junior Martins Kambocada ilk titulunu qazanıb.

"Mediasport" xəbər verir ki, "Svay Rinq" klubuna keçən braziliyalı Superkubok əldə edib.

Juniorun komandası həlledici görüşdə "Visaxa"nı məğlub edib - 2:1.

Qeyd edək ki, "qartallar" onu asiyalılara 150 min dollara satıblar.