Türkiyənin dövlət telekanalı "Qarabağ"ı nümunə göstərdi

Türkiyənin dövlət telekanalı "Qarabağ"ı nümunə göstərdi

"Qarabağ" çox vacib bir üstünlük əldə etdi. Bakıdakı cavab oyununda bu fürsəti qaçırmayacaqlarını düşünürəm. "Qarabağ" dedikdə həyəcanlanırıq. Çünki öz ölkəmizin bir komandası kimi görürük. Mükəmməldirlər".

"Mediasport" xəbər verir ki, bu sözləri Türkiyənin "TRT Spor" telekanalında yayımlanan "Spor Manşet" proqramında Erman Gönülşen və Tayfun Bayındır "Qarabağ"ın Çempionlar Liqasının pley-offunda "Ferensvaroş"u ilk matçda məğlub etməsi (3:1) haqqında danışarkən söyləyiblər.

Onlar "Qarabağ"ın qitənin ali klub turnirinin liqa mərhələsinə gedən yolda qazandığı qələbədən bəhs edərkən xoş sözlər dilə gətiriblər:

"Qarabağ" ibrət olmalıdır. Baxın, görün, nə qədər legionerləri var, nə qədər pul xərcləyiblər, klubun akademiyası necədir, necə qurulub?! O qədər böyük fərqlər var ki... Bu, "Qarabağ"ın prezidenti Tahir Gözelin illərlə sərf etdiyi əməyin nəticəsidir. Onların futbol fəlsəfəsi öz işini görüb. Məncə, həddini bilmək belə bir şeydir.

Türkiyə Super Liqasının vəziyyəti klublarımızın Avropada yaxşı nəticələr qazanmağına mane olur kimi fikirlər var idi. "Qarabağ" Azərbaycan çempionatında oynayır. Azərbaycan Premyer Liqasının yüksək səviyyədə olduğunu deyə bilmərik. Amma "Qarabağ" 2 il əvvəl Avropa Liqasında 1/8 finala çıxdı, son anda "Bayer"ə uduzdu. O "Bayer" ki, həmin vaxt əla durumda idi. Almaniyada çempion oldu, Avropa Liqasının finalında isə "Atalanta"ya uduzdu".

Xatırladaq ki, Çempionlar Liqasının pley-off raundunun "Qarabağ" və "Ferensvaroş" arasında baş tutacaq cavab oyunu avqustun 27-də, saat 20:45-də start götürəcək.