ÇSKA Vasili Berezutskini dəvət etdi, rusiyalı razılaşdı - GEDİR

“Sabah”ın baş məşqçisi Vasili Berezutski Rusiyaya gedir.
"Mediasport" xəbər verir ki, mütəxəssis keçmiş klubu ÇSKA-nın dəvətini qəbul edib.
Rusiya yığmasının eks üzvü 2004/2005-ci illərdə heyətində UEFA Kubokunun qalibi olduğu ÇSKA-nın veteranları ilə birlikdə həmin mövsümdə məğlub etdikləri klubların futbolçularından ibarət kollektiv arasında yoldaşlıq görüşünə qatılacaq.
Qarşılaşma mayın 18-də keçiriləcək.
Berezutski Moskvaya “Zirə” ilə 35-ci tur oyunundan sonra yollanacaq.