İngiltərə yığması Xorvatiya millisinin qapısından 7 top keçirdi

İngiltərə yığması Xorvatiya millisinin qapısından 7 top keçirdi

Futbol üzrə Xorvatiya milli komandası tarixinin ən böyük hesablı məğlubiyyətini yaşayıb.

"Mediasport" xəbər verir ki, Slaven Biliçin baş məşqçisi olduğu "damalılar" UEFA Millətlər Liqasının A Divizionunun 3-cü turunda İngiltərə yığmasından 7 cavabsız top buraxıblar.

Riyekada baş tutan qarşılaşmada britaniyalıların iki üzvü - Harri Keyn və Bukayo Saka dubl ediblər.

Digər qolları Cud Bellingem, Entoni Qordon və Morqan Rocers vurublar.

Xatırladaq ki, xorvatların indiyədək ən böyükhesablı məğlubiyyəti 11 sentyabr 2018-ci ildə İspaniya ilə görüşdə qeydə alınmışdı - 0:6.