Bilalhəbaşi Nəzərov Sofiyada beynəlxalq turnirdə finala çıxdı

Bilalhəbaşi Nəzərov Sofiyada beynəlxalq turnirdə finala çıxdı

Azərbaycan boksçusu Bilalhəbaşi Nəzərov Bolqarıstanın paytaxtı Sofiyada “Strandja” beynəlxalq turnirində finala yüksəlib.

"Mediasport" xəbər verir ki, 50 kq-da mübarizə aparan milli üzvü yarımfinalda Siyovuş Muxammadiyevlə (Ukrayna) qarşılaşıb.

Hər 3 raundu xeyrinə bitirən boksçumuz yekunda 5:0 (30:27, 29:28, 29:28, 30:27, 29:28) hesabı ilə qələbə qazanıb. O, sabah keçiriləcək həlledici döyüşdə Daniyal Sabitlə (Qazaxıstan) üz-üzə gələcək.

Digər boksçumuz Malik Həsənov (65 kq) isə “Strandja”nı bürünc medalla başa vurub.