3 boksçumuz Bolqarıstanda keçirilən turnirə qələbə ilə başladı

 3 boksçumuz Bolqarıstanda keçirilən turnirə qələbə ilə başladı

Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə beynəlxalq “Strandja” turniri start götürüb.

"Mediasport" xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin 3 üzvü qələbə qazanıb.

57 kq-da çıxış edən Zəlimxan Süleymanov Davlet Moldaşevlə  (Qazaxıstan) qarşılaşıb. Görüş boksçumuzun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

O, 1/4 finalda ilk mərhələdən azad olan Miçele Baldassi (İtaliya) ilə gücünü yoxlayacaq.

Nəbi İsgəndərov (67 kq) 1/4 finala döyüş keçirmədən vəsiqə qazanıb. Buna onun rəqibi Şpetim Bayokunun (Kosovo) görüşə gəlməməsi səbəb olub. İsgəndərov yarımfinala gedən yolda Rumen Rumenovla (Bolqarıstan) üz-üzə gələcək.

Zaur Qəhrəmanov (67 kq) isə 1/8 finalda O Konnor Darrendən (İrlandiya) güclü olub.

Boksçumuz 4:1 hesabı ilə qələbə qazanıb. O, ikinci görüşündə Canluici Malanqa (İtaliya) ilə münasibətinə aydınlıq gətirəcək.