Azərbaycan klubu "World Winners Cup Alanya 2026" turnirində
Azərbaycanın "Marafon" çimərlik futbolu komandası "World Winners Cup Alanya 2026" turnirində iştirak edəcək.
"Mediasport" xəbər verir ki, bu barədə Azərbaycan Çimərlik Futbolu Federasiyasının sosial şəbəkə hesabı məlumat yayıb.
Təmsilçimiz Türkiyənin Alanya şəhərində təşkil olunacaq turnirin F qrupunda TMS (Çin), "Sanrays" (Kiyev, Ukrayna) və "Spartak" (Bolqarıstan) komandaları ilə qarşılaşacaq.
Yarış oktyabrın 26-dan noyabrın 1-dək davam edəcək.


