"Bu klubun bir parçası olmaq mənim üçün böyük şərəf idi"
"Daha bir fəsil daha başa çatdı - hər şeyə görə "Qarabağ"a təşəkkür etmək istəyirəm".
"Mediasport" xəbər verir ki, bu sözlər "Qarabağ"dan ayrılan Emmanuel Addaiyə məxsusdur.
Qanalı vinger Ağdam təmsilçisi və azarkeşləri haqda ürək sözlərini paylaşıb:
"Azarkeşlərə, klub əməkdaşlarına, məşqçilərə və komanda yoldaşlarıma göstərdikləri dəstəyə, mənimlə qalacaq xatirələrə və yaşatdıqları təcrübələrə görə minnətdaram.
Bu klubun bir parçası olmaq mənim üçün böyük şərəf idi. Burada keçirdiyim vaxta görə hər zaman minnətdar olacağam".
Xatırladaq ki, "atlılar" ötən ay müqavilə müddəti başa çatan Emmanuel Addai ilə sözləşməni yeniləməyib.
View this post on Instagram


