Arda və Barış millidən ayrıldı
Arda Güler və Barış Alper Yılmaz Türkiyə milli komandasının düşərgəsindən ayrılıblar.
"Mediasport" xəbər verir ki, UEFA Millətlər Liqasının İtaliya ilə ev və Belçika yığması ilə səfər matçlarında cəzalı duruma düşən futbolçular Türkiyə Futbol Federasiyasından icazə alıblar.
Barış komandasının italyanlara Bursada uduzduğu görüşdə vərəqə limitini doldurub.
Arda isə dünən Belçikada cəzalı duruma düşüb.
Xatırladaq ki, qrupda keçirdiyi 3 oyunun hamısında - Fransa, İtaliya və Belçikaya uduzan (0:1, 1:4, 0:3) Vinçenso Montellanın komandası oktyabrın 5-də İtaliya futbolçularının qonağı olacaq.

