DÇ-lərdə indiyə qədər çempion olan bütün məşqçilər - SİYAHI
Son 4 dünya çempionatında komandalarına kubok qazandırmış baş məşqçilərdən sadəcə ikisi DÇ-2026-da iş başında olacaq.
Həmin mütəxəssislər Didye Deşam (Fransa) və Lionel Skalonidir (Argentina).
"Mediasport" 1930-cu ildən bu yana dördilliyin zirvə yarışında çempionluq yaşamış çalışdırıcıların siyahısını təqdim edir:
Dünya çempionatlarında çempionluq yaşamış baş məşqçilər
1930 - Alberto Suppici (Uruqvay)
1934 - Vittorio Pozzo (İtaliya)
1938 - Vittorio Pozzo (İtaliya)
1950 - Xuan Lopes Fontana (Uruqvay)
1954 - Sepp Herberger (Almaniya)
1958 - Visente Feola (Braziliya)
1962 - Aymor Moreyra (Braziliya)
1966 - Alf Remzi (İngiltərə)
1970 - Mario Zaqallo (Braziliya)
1974 - Helmut Şön (Almaniya)
1978 - Sezar Menotti (Argentina)
1982 - Enso Bearzot (İtaliya)
1986 - Karlos Bilardo (Argentina)
1990 - Frans Bekkenbauer (Almaniya)
1994 - Karlos Alberto Perreyra (Braziliya)
1998 - Eme Jake (Fransa)
2002 - Luis Felipe Skolari (Braziliya)
2006 - Marçello Lippi (İtaliya)
2010 - Visente del Boske (İspaniya)
2014 - Yoahim Löv (Almaniya)
2018 - Didye Deşam (Fransa)
2022 - Lionel Skaloni (Argentina)


