Dünya çempionatı oyunlarında hissələr arası fasilə artırıla bilər

Gələn tarixdə ilk dəfə üç ölkə - Kanada, Meksika və ABŞ-nin birgə ev sahibliyi ilə keçiriləcək futbol üzrə dünya çempionatında yeni qayda tətbiq oluna bilər.
"Mediasport" xəbər verir ki, oyunlar zamanı hissələr arasında fasilə müddətinin uzadılması müzakirə edilir.
Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyasının (FİFPro) təklifinə əsasən, yerli hava şəraitləri nəzərə alınmaqla, fasilə 20 dəqiqə olmalıdır.
FİFPro temperaturun 28 dərəcədən yüksək olacağı halda görüşlərin təxirə salınmalı və ya başqa vaxta keçirilməli olduğunu da təklif edib.
FİFA məsələyə münasibət bildirməyib.
Xatırladaq ki, mundial 2026-cı il iyunun 11-dən iyulun 19-dək təşkil olunacaq.