Portuqaliya İspaniya ilə üz-üzə, ABŞ yığması Belçika ilə qarşılaşır
ABŞ, Mekiska və Kanadanın birgə təşkilatçılığı ilə futbol üzrə 23-cü dünya çempionatı davam edir.
"Mediasport" xəbər verir ki, mundialda bu gecə daha iki 1/4 finalçının adı məlum olacaq.
Dünya Kubokunun favoritlərindən İspaniya və Portuqaliya milliləri erkən finalda üz-üzə gələcəklər.
1/8 finalın digər oyunu isə ABŞ və Belçika futbolçuları arasında baş tutacaq.
Xatırladaq ki, daha əvvəl Mərakeş, Fransa, Norveç və İngiltərə yığmaları 1/4 finala yüksəliblər.
Yarış iyulun 19-da yekunlaşacaq.
Dünya Kuboku. 1/8 final
23:00. Portuqaliya - İspaniya
7 iyul
04:00. ABŞ - Belçika


