İki güləşçimiz yarımfinala çıxdı, Eldəniz "bürünc" üçün güləşəcək

İki güləşçimiz yarımfinala çıxdı, Eldəniz "bürünc" üçün güləşəcək

Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə dünya çempionatı davam edir.

"Mediasport" xəbər verir ki, yarışın 7-ci günündə Azərbaycanın 3 yunan-Roma təmsilçisi mübarizəyə qoşulub.

Nihat Məmmədli (60) 1/4 finalda məğlub olub, Ülvi Qənizadə (72 kq) və Murad Əhmədiyev (97 kq) yarımfinala yüksəlib.

Axşam seansında 4-qat dünya çempionumuz Eldəniz Əzizli bürünc medal uğrunda güləşəcək.

Qeyd edək ki, hazırda yığmamızın hesabında cəmi 4 medal var - sərbəst güləşçilərdən Giorgi Meşvildişvili (125 kq) gümüş, Nürəddin Novruzov (61 kq), Arseniy Djioyev (86 kq) və Osman Nurmaqomedov (92 kq) bürünc mükafat əldə ediblər.

Mundial sentyabrın 21-də yekunlaşacaq.