"5 saniyə qalmış qələbəni əldən verdim, yəqin, təcrübəm çatmadı"
“Çox sevinirəm. Bu, mənim böyüklər arasında Avropa çempionatında ilk iştirakım idi".
"Mediasport" xəbər verir ki, bunu Azərbaycanın qadın güləşçisi Günay Qurbanova deyib.
Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medal (59 kq) qazanan 18 yaşlı idmançı təəssüratlarını bölüşüb:
"Özümdən qızıl medal gözləyirdim. Heyif ki, alınmadı. İnşallah ki, gələn il daha yaxşı olacaq. Yarımfinalda sona 15 saniyə qalmış qələbəni əldən verdim. Yəqin ki, təcrübəm çatmadı.
Olimpiya Oyunlarında iştirak etmək üçün 57 yoxsa 62 kq-a keçmək məsələsinə gəlincə, buna məşqçimiz Toğrul Əsgərov qərar verəcək. Hansı çəkini məsləhət bilsə, həmin çəkidə də güləşəcəyəm”.
Qeyd edək ki, Günay Qurbanova U-23 kateqoriyası üzrə ikiqat (2025, 2026) Avropa çempionudur.
