Yığmamızın iki üzvü Avropa çempionatında yarımfinala çıxdı
Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatı start götürüb.
"Mediasport" xəbər verir ki, Azərbaycanın 5 yunan-Roma güləşçisindən ikisi yaımfinala vəsiqə qazanıb.
İslam Abbasov (87 kq) və Beka Kandelaki (130 kq) final uğrunda yarışacaq. Abbasovun yarımfinal rəqibi bolqarıstanlı Semyon Novikov, Kandelakinin rəqibi macarıstanlı Dariuş Vitek olacaq.
Rəşad Məmmədov (55 kq) 1/4 finalda Emin Səfərşayevə (UWW), Ziya Babaşov (63 kq) Kerem Kamala (Türkiyə), Sənan Süleymanov (77 kq) isə Robert Fritsşə (Macarıstan) uduzub.
Yarımfinal görüşləri hər gün Bakı vaxtilə saat 18:45-dən etibraən İTV kanalı vasitəsilə canlı yayımlanacaq.
Qitə birinciliyi aprelin 26-da yekunlaşacaq.
