Məhəmməd Rüstəmli Avropa birinciliyində 3 medal qazandı
Azərbaycan ağırlıqqaldıranı Məhəmməd Rüstəmli Kosovonun paytaxtı Priştinada keçirilən U-15 və yeniyetmələr arasında Avropa birinciliyində 2 gümüş və 1 bürünc medal qazanıb.
"Mediasport" xəbər verir ki, 55 kq çəki dərəcəsində yarışan milli üzvü birdənqaldırma hərəkətində 91 kq çəkini ram edərək bürünc mükafat əldə edib.
O, təkanlaqaldırmada 110 kq ağırlığın öhdəsindən gələrək gümüş medala sahib olub.
Beləliklə, iki hərəkətin cəmində 201 kq nəticə göstərən Məhəmməd Rüstəmli toplamda da fəxri kürsünün ikinci pilləsində yer alıb.


