Azərbaycan yığmasının Avropa çempionatı rəqibləri məlum oldu
Futzal üzrə AÇ-2027-nin əsas mərhələsinin püşkü atılıb.
"Mediasport" xəbər verir ki, 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi 7-ci qrupda mübarizə aparacaq.
Komandamızın rəqibləri Ukrayna, Xorvatiya və Yunanıstan yığmaları olacaq.
Qrupun oyunları gələn il martın 30-dan aprelin 4-dək Xorvatiyada keçiriləcək.
Yalnız qrup qalibləri Qazaxıstanda təşkil olunacaq final mərhələsinə vəsiqə qazanacaq.

