Fərid Qayıbov Bakıda səfərdə olan Viktor Lukaşenko ilə görüşdü

 Fərid Qayıbov Bakıda səfərdə olan Viktor Lukaşenko ilə görüşdü

Gənclər və idman naziri Fərid Qayıbov Belarus Respublikası Milli Olimpiya Komitəsinin prezidenti Viktor Lukaşenkonu qəbul edib.

"Mediasport" xəbər verir ki, görüşdə Azərbaycan və Belarus arasında idman sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Hər iki ölkənin idmançıları və mütəxəssisləri arasında təcrübə mübadiləsinin, birgə layihələrin əhəmiyyəti qeyd olunub.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.