Premyer Liqa: "Neftçi" - “Qarabağ” matçının biletləri satışa çıxarıldı

Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində keçiriləcək "Neftçi" - “Qarabağ” matçının biletləri satışa çıxarılıb.
Mediasport.com.az xəbər verir ki, “Neftçi Arena”da baş tutacaq oyuna biletlərin qiyməti 3, 5, 10, 20, 30 və 100 manat təşkil edir.
Bletləri iticket.az saytı vasitəsilə əldə etmək olar.
“Neftçi Arena”nın kassalarında isə “Forza” və “Qərb 2” sektorlarına olan biletlər (qiyməti 3 manat) oyun günü, saat 12:00-dan etibarən satışda olacaq.
Qeyd edək ki, görüş fevralın 16-da, saat 19:00-da start götürəcək.