İspaniya Avstriya ilə üz-üzə, Portuqaliya Xorvatiyaya qarşı

İspaniya Avstriya ilə üz-üzə, Portuqaliya Xorvatiyaya qarşı

ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi Dünya Kuboku turnirində pley-off mərhələsinin oyunları davam edir.

"Mediasport" xəbər verir ki, bu axşam saat 23:00-da start götürəcək qarşılaşmada İspaniya Avstriya ilə üz-üzə gələcək.

Portuqaliya seçməsi Xorvatiya ilə, İsveçrə yığması isə Əlcəzair futbolçuları ilə qarşılaşacaq.

Daha əvvəl mundialda Meksika, Norveç, Kanada, Braziliya, Paraqvay, Mərakeş, Fransa, İngiltərə, Belçika, ABŞ milliləri 1/8 finala adlayıblar.

DÇ-2026. Pley-off

23:00 İspaniya - Avstriya

03:00 Portuqaliya - Xorvatiya

07:00 İsveçrə - Əlcəzair