Dünya çempionatında finala vəsiqə qazanan ilk klub bilindi

ABŞ-nin ev sahibliyi etdiyi futbol üzrə klublararası dünya çempionatında ilk finalçı müəyyənləşib.
"Mediasport" xəbər verir ki, ilk dəfə 32 komandanın iştirakı keçirilən mundialın birinci yarımfinal matçı Cənubi Amerika və Avropa klubları arasında baş tutub.
İngiltərə nəhəngi "Çelsi" Braziliya təmsilçisinə şans verməyərək adını tarixdə ikinci dəfə həlledici oyuna yazdırıb. "Zadəganlar" 2021-ci ildə DÇ-nin qalibi olublar.
Finalın digər iştirakçısı bu gecə bilinəcək. Yarış iyulun 13-də başa çatdırılacaq.
Klublararası dünya çempionatı. Yarımfinal
"Fluminense" (Braziliya) - "Çelsi" (İngiltərə) 0:2
Qollar: Joau Pedru, 18, 56.
Baş hakim: Fransua Leteksye (Fransa)
9 iyul
23:00 PSJ (Fransa) - "Real" Madrid (İspaniya)
Baş hakim: Şimon Marçinyak (Polşa)