Azərbaycan Premyer Liqası klubuna texniki məğlubiyyət verildi

Azərbaycan Premyer Liqası klubuna texniki məğlubiyyət verildi

AFFA İntizam Komitəsi "İmişli" klubuna texniki məğlubiyyət (0:3) verib.

"Mediasport" xəbər verir ki, qərar qurumun bu gün keçirilən iclasında qəbul olunub.

Buna Misli Premyer Liqasında IV turun "Sumqayıt"la ev oyununun (1:0) 67-ci dəqiqəsində adı protokolda olmayan İbrahim Əliyevin meydana çıxması səbəb olub. Klub 0:3 hesablı texniki məğlubiyyətlə yanaşı, 5 000 manat cərimələnib.

Bundan başqa, "İmişli" 5 futbolçusunun sarı vərəqə almasına görə 700 manat cərimə ödəyəcək. Qarşılaşmanın 90+4-cü dəqiqəsində isə Rafael Vieqaş təcavüzkar davranışa (rəqibi ayaqla vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb, klubu 3 000 manat ziyana salıb.