Mövsümdə sonuncu tur: "Şamaxı" "Qəbələ"yə uduzdu - YENİLƏNDİ
Futbol üzrə Azərbaycan Premyer Liqasında 33-cü tur start götürüb.
"Mediasport" xəbər verir ki, 2025/2026 mövsümünün sonuncu turunun ilk oyun günündə 1 qarşılaşma baş tutub.
"Qəbələ" doğma azarkeşlər önündə Ayxan Abbasovun baş məşqçisi olduğu "Şamaxı"nı qəbul edib.
Turun digər görüşləri 22, 23 və 24 may tarixlərində keçiriləcək.
Azərbaycan Premyer Liqası. 33-cü tur
"Qəbələ” – “Şamaxı” 3:1
Hakimlər: Kamranbəy Rəhimov, Cəmil Quliyev, Şirmamed Mamedov, Niyaz Əhmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Ramil Diniyev
Qəbələ şəhər stadionu


