Ronaldo "Neftçi" ilə qarşılaşmada fərqlənib qol sayını 981-ə çatdırdı

Ronaldo "Neftçi" ilə qarşılaşmada fərqlənib qol sayını 981-ə çatdırdı

Dünya futbolunun canlı əfsanəsi Kriştiano Ronaldo peşəkar karyerasında 981-ci qolunu vurub.

"Mediasport" xəbər verir ki, 41 yaşlı portuqaliyalı superulduz formasını geyindiyi Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubunun heyətində Asiya Çempionlar Liqasında fərqlənib.

Hücumçu Liqa mərhələsinin 2-ci turunun “Neftçi" (Özbəkistan) ilə qarşılaşmasında adını tabloya yazdırıb (3:1).

Xatırladaq ki, forvardın qollarından 146-sı Portuqaliya millisində, 835-i isə klub səviyyəsində qeydə alınıb.