"Turan Tovuz"dan növbəti transfer
“Turan Tovuz” heyətinə yeni legioner cəlb edib.
"Mediasport" xəbər verir ki, qərblilər Filip Damyanoviçlə gücləniblər.
Serbiyalı müdafiəçi ilə 2 illik müqavilə bağlanıb.
Son olaraq Sloveniya təmsilçisi “Koper”in şərəfini qorumuş 28 yaşlı futbolçu vətənində “İMT Novi Beoqrad”, “Vozdovaç” və Türkiyədə “Konyaspor”un formasını geyinib


