Portuqaliyadan gələn Rikardo Azərbaycan Premyer Liqasında

“Şamaxı” heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
"Mediasport" xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv portuqaliyalı Rikardo Apolinarionu heyətinə qatıb.
26 yaşlı yarımmüdafiəçi ilə iki illik (1+1) müqavilə imzalanıb.
Rikardo son olaraq Portuqaliyanın “Uniao Santarem” klubunda forma geyinib.