"Şamaxı"nın gənc vingeri Tanzaniya millisinə dəvət aldı

 "Şamaxı"nın gənc vingeri Tanzaniya millisinə dəvət aldı

"Şamaxı"nın futbolçusu Alfons Mabula Msanqa növbəti dəfə Tanzaniya milli komandasına dəvət alıb.

"Mediasport" xəbər verir ki, 22 yaşlı vingerin yığması iyunun 3-dən 15-dək Cənubi Afrika Respublikasında (CAR) baş tutacaq “COSAFA Kuboku”nda iştirak edəcək.

Tanzaniya seçməsi iyunun CAR futbolçuları ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.