Cəlal növbəti matçını keçirdi, komandası 1 xal qazandı - VİDEO

Cəlal Hüseynovun formasını geyindiyi "Arda" Bolqarıstan çempionatında növbəti oyununa çıxıb.
"Mediasport" xəbər verir ki, Azərbaycan millisinin üzvünün komandası doğma meydanda "Lokomotiv"lə (Plovdiv) qarşılaşıb (0:0).
Cəlal meydana əsas heyətdə çıxıb və sona qədər oynayıb.
Xatırladaq ki, "Arda" yarışın turnir cədvəlində 5 xalla 8-ci pillədə qərarlaşıb.