"Neftçi"nin idmançısı Zayed İdman Turnirində çempion adını qazandı

 "Neftçi"nin idmançısı Zayed İdman Turnirində çempion adını qazandı

Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə Zayed İdman Turniri keçirilib.

"Mediasport" xəbər verir ki, Ramazan ayı çərçivəsində təşkil olunan çoxşaxəli yarışda “Neftçi” İdman Klubunun boksçusu Emili Rzayeva uğurla çıxış edib.

65 kq kəçi dərəcəsində mübarizə aparan idmançı bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.