Daha bir qadın boksçumuz dünya çempionatına qələbə ilə başladı

Azərbaycan millisinin daha bir qadın boksçusu Serbiyanın Niş şəhərində keçirilən dünya çempionatına qələbə ilə başlayıb.
"Mediasport" xəbər verir ki, 57 kq çəki dərəcəsində mübarizə aparan Aynur Mikayılova 1/16 final çərçivəsində Xurşid Mohammadini (Əfqanıstan) mübarizədən kənarlaşdırıb.
Boksçumuz döyüşün taleyini ilk raundda həll edib. O, rəqibinə tam üstünlüklə qalib gəlib.
Mikayılova 1/8 finalda ilk mərhələdən azad olan Esra Yıldız Kahramanla (Türkiyə) üz-üzə gələcək. Görüş martın 12-də olacaq.
Qeyd edək ki, mundialın üçüncü günündə Azərbaycan millisinin 2 boksçusu rinqə çıxacaq.
Daha əvvəl 50 kq-da Marjona Savriyeva adını 1/8 finala yazdırıb.