Boks millimiz DÇ-də yalnız iki bürünc medal qazana bildi
İngiltərənin Liverpul şəhərində keçirilən boks üzrə dünya çempionatı yekunlaşıb.
"Mediasport" xəbər verir ki, Azərbaycan millisi mundialda cəmi iki bürünc medal qazana bilib.
75 kq çəki dərəcəsində Səidcəmşid Cəfərov, 90 kq-da isə Alfonso Dominges yarımfinalda uduzaraq 3-cü yeri tutublar.
Xatırladaq ki, komandamız Böyük Britaniyaya 11 boksçu ilə yollanmışdı.
Baş məşqçi Ravşan Xocayev, məşqçilər Nəriman Abdullayevlə Etibar Abdullayevin rəhbərliyi ilə Sübhan Mamedov (50 kq), Nicat Hüseynov (55 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Zaur Qəhrəmanov (65 kq), Sərxan Əliyev (70 kq), Səidcəmşid Cəfərov (75 kq), Murad Allahverdiyev (80 kq), Surət Qarayev (85 kq), Alfonso Dominges (90 kq) və Məhəmməd Abdullayev (+90 kq) mübarizə aparıb.
Qadınların mübarizəsində isə ölkəmizi baş məşqçi İlkin Ağayevin rəhbərliyi altında Aynur Mikayılova (57 kq) təmsil edib.

