Azərbaycanın 23 boksçusu Avropa çempionatında yarışacaq

 Azərbaycanın 23 boksçusu Avropa çempionatında yarışacaq

Azərbaycan boksçuları Monteneqronun Budva şəhərində təşkil olunacaq U-15 Avropa çempionatında iştirak edəcək.

Boks Federasiyasından "Mediasport"a verilən məlumata görə, 8 gün davam edəcək yarışda ölkəmiz 23 idmançı ilə təmsil olunacaq.

Məşqçilər korpusu yarışda Babək Abdullayev (40 kq), Onur Qurbanov (42 kq), Vaqif Məhəmmədli (44 kq), Məhəmməd Kazımzadə (46 kq), Abbasəli Məmmədli (48 kq), Elcan Musazadə (50 kq), İsmayıl Aslanlı (52 kq), Sabir Rüstəmov (54 kq), Fərhad Quliyev (57 kq), Amid Ələkbərov (60 kq), Sərxan Haqverdiyev (63 kq), Nurlan Müseyibli (66 kq), Zirəddin Rüstəmli (70 kq), Yusif Ağakişiyev (75 kq), Mehran Rəsulov (80 kq), Ərdəm Təkin (90 kq), Məhəmməd Mustafayev (+90 kq), Nəsrin Abdullazadə (40 kq), Aysan Miriyeva (46 kq), Nuray Qafarova (48 kq), Leyla Mahmudlu (50 kq), Kəmalə Həsənova (52 kq) və Xumar Cəfərliyə (75 kq) şans verəcək.

Avropa çempionatında azərbaycanlı hakim Anar Nağdıyev də iş başında olacaq.

Qitə birinciliyi oktyabrın 18-də start götürəcək.