Azərbaycanın bölgə klubu məşqçi ilə müqaviləyə xitam verdi - RƏSMİ
Futbol üzrə Azərbaycan 1-ci Liqasında yarışan "Şimal"da ayrılıq olub.
"Mediasport" xəbər verir ki, Xaçmaz klubu baş məşqçi Mehman Səfərovla vidalaşıb.
Mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Xatırladaq ki, komanda 5 turdan sonra 5 xalla 6-cı sırada qərarlaşıb.


