Rauf Məmmədov Londonda dünya çempionatının mükafatçısı oldu

Rauf Məmmədov Londonda dünya çempionatının mükafatçısı oldu

Böyük Britaniyanın paytaxtı Londonda komandalar arasında şahmatın rapid növü üzrə dünya çempionatı keçirilib.

"Mediasport" xəbər verir ki, Azərbaycan təmsilçisi Rauf Məmmədovun heyətində çıxış etdiyi “Fridom” komandası medalçılar sırasına düşüb.

Şahmatçımızın komandası 17 xalla bürünc mükafatçı olub.

6 görüş keçirən Məmmədov iki qələbə, bir heç-heçə və üç məğlubiyyətlə yadda qalıb.

Şəhriyar Məmmədyarovun şərəfini qoruduğu "Cenereyşn XYZA" 15 xalla 8-ci yeri tutub.