Dünya Kubokuna yalnız Gülnar Məmmədova vəsiqə qazana bildi

Yunanıstanın Rodos adasında qadınlar arasında şahmat üzrə Avropa çempionatına yekun vurulub.
"Mediasport" xəbər verir ki, Azərbaycan təmsilçilərindən ən yaxşı nəticəyə Gülnar Məmmədova imza atıb.
11-ci turu qələbə ilə başa vuran şahmatçımız Dünya Kubokuna sonuncu vəsiqəni verən 10-cu yeri tutub.
Çempionatanda uğursuz çıxış edən son Avropa çempionu Ülviyyə Fətəliyeva 24-cü yerdə qərarlaşıb.
Gövhər Beydullayeva 28-ci, Türkan Məmmədyarova isə 40-cı olub.
Qeyd edək ki, qitə birinciliyinin reqlamentinə əsasən, "10-luq"da yer almış şahmatçılar Dünya Kubokunda iştirak hüququ əldə ediblər.