Avropa çempionatında yarışacaq şahmatçlarımızın adları bilindi
Mayın 25-dən iyunun 5-dək Gürcüstanın Batumi şəhərində keçiriləcək qadın şahmatçılar arasında fərdi Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri müəyyənləşib.
"Mediasport" xəbər verir ki, qitəbirinciliyində 12 şahmatçımız mübarizə aparacaq.
Komandamızın heyətində Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Ayan Allahverdiyeva, Türkan Məmmədyarova, Səbinə İbrahimova, Nərmin Abdinova, Zeynəb Məmmədyarova, Məryəm Ağaverdiyeva, Lalə Hüseynova və Mələk İsmayıl yarışacaqlar.
