Portuqaliya yığması ikinci dəfə UEFA Millətlər Liqasını qazandı

Portuqaliya yığması ikinci dəfə UEFA Millətlər Liqasını qazandı

Növbəti UEFA Millətlər Liqasının qalibi məlum olub.

"Mediasport" xəbər verir ki, Almaniyada keçirilən "Dördlər finalı"nın həlledici duelində İspaniya yığmasını penaltilər seriyasında üstələyən Portuqaliya millisi yarışın ikinci dəfə qalibi olan tək komanda ünvanına sahib çıxıb.

Turnir tarixinin ikiqat çempionluğunu rəsmiləşdirən Roberto Martinesli portuqallar 2019-cu ildən keçirilən yarışın ilk qalibi idilər.

Qeyd edək ki, cari turnirin 3-cü yer uğrunda görüşündə Fransa seçməsi Almaniya milisinə qalib gələrək (2:0) bürünc medallara yiyələnib.


UEFA Millətlər Liqası. Final


Portuqaliya - İspaniya 2:2 (əlavə vaxt - 0:0, penaltilər - 5:3)

Qollar: Nunu Mendeş, 26, Kriştianu Ronaldu, 61 - Martin Zubimendi, 21, Mikel Oyarsabal, 45.

Baş hakim: Sandro Şörer (İsveçrə)

Almaniya, Münhen, "Alyans Arena".