Türkiyə yığması Belçika səfərində, İtaliya millisi Fransa ilə qarşılaşır

Türkiyə yığması Belçika səfərində, İtaliya millisi Fransa ilə qarşılaşır

UEFA Millətlər Liqasında qrup mərhələsinin oyunları davam edir.

"Mediasport" xəbər verir ki, bu gün 3-cü tur çərçivəsində A, B və C Liqalarında ümumilikdə 10 qarşılaşma keçiriləcək.

A Liqasında yer alan Türkiyə milli komandası səfərdə Belçikanın qonağı olacaq, İtaliya yığması isə Fransa seçməsi ilə üz-üzə gələcək.

Xatırladaq ki, Vinçenso Montellalı "ay-ulduzlular" qrupun ilk iki matçında Fransa və İtaliya kollektivlərinə məğlub olub.


UEFA Millətlər Liqası. 3-cü tur.


A Liqası.
1-ci qrup

22:45. Belçika - Türkiyə

22:45. Fransa - İtaliya

Xal durumu: Fransa - 6, Belçika - 3, İtaliya - 3, Türkiyə - 0.


B Liqası. 2-ci qrup

22:45. Macarıstan - Gürcüstan

22:45. Ukrayna - Şimali İrlandiya

Xal durumu: Şimali İrlandiya - 4, Ukrayna - 4, Gürcüstan - 1, Macarıstan - 1.


4-cü qrup

22:45. Bosniya və Herseqovina - İsveç

22:45. Polşa - Rumıniya

Xal durumu: İsveç - 6, Bosniya və Herseqovina - 4, Polşa - 1, Rumıniya - 0.


C Liqası. 2-ci qrup

20:00. Kipr - Ermənistan

20:00. Latviya - Monteneqro

Xal durumu: Monteneqro - 6, Ermənistan - 3, Kipr - 1, Latviya - 1.


3-cü qrup

18:00. Qazaxıstan - Moldova

22:45. Farer adaları - Slovakiya

Xal durumu: Slovakiya - 6, Farer adaları - 2, Qazaxıstan - 1, Moldova - 1.