Latviya və Lüksemburq yığma komandaları C Divizionunda qaldı
UEFA Millətlər Liqasında pley-off oyunlarının cavab görüşləri keçirilib.
"Mediasport" xəbər verir ki, bununla da C və D Liqalarının son iki iştirakçısı müəyyənləşib.
Latviya Cəbəllüttariqi öz meydanında da məğlub edib (1:0), Lüksemburq isə Maltaya bu dəfə 3 cavabsız qolla qalib gəlib.
Beləliklə, Latviya və Lüksemburq yığmaları C, Cəbəllüttariq və Malta isə D Divizionunda qalıb.
Bu kollektivlər ötən mövsüm də eyni divizionlarda yarışıblar.
