Millətlər Liqasında 2-ci finalçı kim olacaq - ispanlar, yoxsa fransızlar?

UEFA Millətlər Liqasında ikinci finalçı bu axşam müəyyənləşəcək.
"Mediasport" xəbər verir ki, "Dördlər finalı"nın ikinci yarımfinalında son Avropa çempionu İspaniya millisi ilə Fransa yığması qarşılaşacaq.
Almaniyada təşkil olunan mərhələnin matçı Bakı vaxtilə saat 23:00-da başlanacaq.
İngiltərəli Maykl Oliverin idarə edəcəyi görüş "Ştuttqart Arena”da baş tutacaq.
Qeyd edək ki, UEFA Millətlər Liqasında final və üçüncü yer uğrunda oyunlar iyunun 8-də keçiriləcək. Portuqaliya futbolçuları dünən Almaniyaya qalib gələrək (2:1) finala çıxıblar.