"Sabah" "Old Trafford"a “Sən tək deyilsən, Nepal” şüarı ilə çıxacaq

"Sabah" "Old Trafford"a “Sən tək deyilsən, Nepal” şüarı ilə çıxacaq

UEFA Çempionlar Liqasının əsas mərhələsində bu həftə keçiriləcək ilk turun bütün oyunlarından öncə bir dəqiqəlik sükut elan olunacaq.

"Mediasport" xəbər verir ki, qərar Nepalda daşqınlar nəticəsində həyatını itirənlərin xatirəsinə ehtiram əlaməti olaraq qəbul edilib.

Komandalar meydana üzərində “Sən tək deyilsən, Nepal” şüarı yazılan pankartla çıxacaqlar.

UEFA-nın prezidenti Aleksander Çeferin bildirib ki, bütün Avropa futbol ailəsi Nepal xalqına dərin hüznlə başsağlığı vermək və dəstəyini bildirmək üçün birləşəcək.

Qeyd edək ki, yarışda təmsilçimiz “Sabah” sentyabrın 10-da İngiltərənin "Old Trafford" stadionunda “Mançester Yunayted”in qonağı olacaq.