Azarkeşləri "Neftçi"ni ziyana saldı: Klub 1500 manat cərimə ödəyəcək

Azarkeşləri "Neftçi"ni ziyana saldı: Klub 1500 manat cərimə ödəyəcək

AFFA İntizam Komitəsi “Neftçi”ni azarkeşlərinə görə cərimə edib.

Mediasport.com.az xəbər verir ki, buna fanatların Azərbaycan Kubokunun 1/4 finalında “Kəpəz”lə oyun bitdikdən sonra pirotexniki vasitədən istifadə etməsi səbəb olub.

Bakı klubu 1500 manat cərimə ödəyəcək.

Azərbaycan Kubokunda 1/4 finalın “Araz-Naxçıvan” – “Zirə” oyununda qonaqlar 4 futbolçusunun sarı vərəqə almasına görə 700 manat ziyana düşüblər.

“Səbail” – “Qarabağ” oyunu bitdikdən sonra meydana kənar şəxslər daxil olduğuna görə isə meydan sahibləri 800 manat cərimə ödəyəcək.