Nigeriyalı futbolçu yenidən "Kəpəz"də forma geyinəcək

Premyer Liqa təmsilçisi "Kəpəz" Olavale Onanuqa yenidən heyətinə qatıb.
"Mediasport" xəbər verir ki, 27 yaşlı futbolçu ilə 1 illik müqavilə bağlanıb.
Nigeriyalı yarımmüdafiəçi 2023/2024-cü illər mövsümündə də "sarı-göylər"in heyətində çıxış edib. Onanuqa 27 oyuna 2 qol vurub.
Onanuqa karyerası ərzində "Əl-Nəsr" (Küveyt) və "Bney Yehuda" (İsrail) klublarında da oynayıb.