"Şamaxı" "Araz-Naxçıvan"dan səfərdə xal aldı - 27-ci tur başlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 27-ci tur start götürüb.
"Mediasport" xəbər verir ki, ilk oyun gününə bir matç keçirilib.
Avrokuboklara vəsiqənin biraddımlığında olan "Araz-Naxçıvan"ın liqada yerini qorumağa çalışan "Şamaxı" ilə dueli maraqlı alınıb.
Cari mövsüm komandalar arasında bunadək baş tutmuş ilk iki görüşdə naxçıvanlılar qələbə qazanıblar - 1:0.
Turun digər qarşılaşmaları sabah və martın 16-da baş tutacaq.
Azərbaycan Premyer Liqası. 27-ci tur
"Araz-Naxçıvan” - “Şamaxı” 1:1
Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Kamran Əliyev
VAR: İnqilab Məmmədov
AVAR: Namik Hüseynov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Mərdəkan, Liv Bona Dea Arena.