Azərbaycan millisi Tbilisidəki dünya çempionatında 13-cü oldu

  Azərbaycan millisi Tbilisidəki dünya çempionatında 13-cü oldu

Azərbaycan qılıncoynadanları Gürcüstanın Tbilisi şəhərində keçirilən dünya çempionatında uğur qazana bilməyiblər.

"Mediasport" xəbər verir ki, Leyla Əhmədova, Səbinə Kərimova və Palina Kaspiaroviçdan ibarət sablya növü üzrə qadın yığmamız mundialda 13-cü yeri tutub.

Saleh Məmmədov, Murad Əkbərov, Maqsud Hüseynli və Abbas Hüseynovdan ibarət kişi milli komandamız isə fransalı rəqiblərinə 19:45 hesabı ilə məğlub olub.

Kişi sablyaçıların şəxsi yarışında Maqsud Hüseynli, Murad Əkbərov və Saleh Məmmədov pley-offda uduzub. Abbas Hüseynov isə qrup mərhələsini adlaya bilməyib.

Kişi şpaqaçıların şəxsi yarışında Ruslan Həsənov qrup mərhələsini uğurla adlasa da, 64-lüyə yüksəlmək uğrunda keçirilən pley-off qarşılaşmasında uduzub.